Menu

Azərbaycan və Belarusun müdafiə nazirləri İranın Naxçıvana PUA hücumlarını müzakirə ediblər

06.03.2026, 18:35
Azərbaycan və Belarusun müdafiə nazirləri İranın Naxçıvana PUA hücumlarını müzakirə ediblər

Azərbaycanın müdafiə naziri Zakir Həsənovla belaruslu həmkarı Viktor Xreninin təşəbbüsü ilə telefon danışığı olub.

Tərəflər İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarını müzakirə ediblər.

General-leytenant V.Xrenin Belarus Respublikasının bu tip hücumları qəti şəkildə pislədiyini diqqətə çatdıraraq ölkəmizə zəruri dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.

Nazirlər həmçinin, ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

Şərhlər

Müəllim 2026-03-10 10:35:24

Azərbaycanın strateji orqanları qarışıq millilərdən və əcnəbilərdən təmizlənməlidir.Bu Azərbaycan xalqının əminamanlğı və normal yaşamı üçün vacib vəciddi faktdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol