Menu

Azərbaycanın iki diplomatı İrandan təxliyə edilib

06.03.2026, 22:33
Azərbaycanın iki diplomatı İrandan təxliyə edilib

Azərbaycanın iki diplomatı "Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə edilib.

"Report"un Cənub bürosu xəbər verir ki, təxliyə olunanlar arasında Rusiyanın da üç diplomatı olub.

Bundan başqa, Çexiyanın 3 diplomatı İrandan Azərbaycana təxliyə edilib.

Daha əvvəl də xəbər verdiyimiz kimi, martın 6-da saat 18:00-dan 21:00-dək İrandan Azərbaycana 26 ölkənin 210 vətəndaşı təxliyə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol