Menu

SEPAH İsrailə qarşı əməliyyatın 24-cü mərhələsinin başladığını elan edib

07.03.2026, 08:38
SEPAH İsrailə qarşı əməliyyatın 24-cü mərhələsinin başladığını elan edib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı "Doğru vəd - 4" əməliyyatının 24-cü mərhələsinin başladığını elan edib.

"Report"un məlumatına görə, bu barədə SEPAH-ın Mətbuat xidməti xəbər verib.

"Fars" xəbər agentliyinin dərc etdiyi hərbi mətbuat açıqlamasına görə, İsrail ərazisinə üç raket atılıb.

İsrail Ordusu da İran ərazisindən növbəti raket buraxılışılarını aşkarladığını və onları zərərsizləşdirməyə başladığını bildirib.

Bu barədə İsrail Ordusunun Mətbuat xidməti açıqlama verib.

"İsrailin Müdafiə Ordusu İrandan İsrail Dövləti ərazisinə raket atışını aşkar edib", - bəyanatda deyilir.

Nazirlik əlavə edib ki, hava hücumundan müdafiə sistemləri təhlükələrin qarşısını almaq üçün işləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol