Menu

40 milyon dollar və 35 milyon avro - Macarıstan ukraynalılardan bu qədər pulu müsadirə etdi

07.03.2026, 08:57
40 milyon dollar və 35 milyon avro - Macarıstan ukraynalılardan bu qədər pulu müsadirə etdi

Macarıstan hökuməti Ukrayna dövlətinə məxsus bankın işçilərindən müsadirə edilmiş 40 milyon dollar və 35 milyon avroluq nağd pulun fotolarını dərc edib.

Onlar qızıl külçələri Macarıstan ərazisindən keçirərək Vyanadan Kiyevə daşıyıblar.

Cinayət işinə əlavə olunacaq fotoda ümumi çəkisi 9 kq olan qızıl külçələr də görünür.

"5 martda fəaliyyətləri dayandırılan ukraynalılardan ibarət qrup ölkəmizdən 40 milyon dollar və 35 milyon avroluq nağd pulu, eləcə də çoxlu miqdarda qızıl külçəni qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edib", - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol