Menu

Tokayev İranın qərarını alqışlayır

07.03.2026, 14:10
Tokayev İranın qərarını alqışlayır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İran Prezidenti Məsud Pezeşkianın Müvəqqəti Rəhbərlik Şurasının qonşu ölkələrə hücumlardan imtina etmək qərarı barədə bildirdiyi bəyanatını alqışlayır.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyar yazıb.

"Dövlət başçısı Kasım-Jomart Tokayev İran Prezidenti Məsud Pezeşkianın Müvəqqəti Rəhbərlik Şurasının qonşu ölkələrə hücumlardan imtina etmək qərarı barədə bildirdiyi bəyanatını alqışlayır. Qazaxıstan Prezidenti bu qərarı Yaxın Şərqdə gərginliyin azaldılmasına yönəlmiş mühüm tədbir hesab edir", - məlumatda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol