Menu

Üç gündə İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisini məhv etdik - Donald Tramp

07.03.2026, 19:21
Üç gündə İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisini məhv etdik - Donald Tramp

Üç gün ərzində İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisi məhv edilib.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridada çıxışı zamanı bildirib.

“Biz İranda çox yaxşı iş görmüşük. 42 döyüş gəmisini məhv etdik, bəziləri olduqca böyükdür. Biz onların Hərbi Hava Qüvvələrini, rabitə və telekommunikasiya vasitələrini məhv etdik və bütün telekommunikasiya əlaqələri kəsildi. Necə əlaqə quracaqlarını bilmirəm, amma bir yol tapacaqlarını düşünürəm”, - ABŞ Prezidenti qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol