Menu

“Qonşu ölkələrə hücum davam edəcək!” – Ecei Pezeşkianı təkzib etdi

07.03.2026, 21:16
“Qonşu ölkələrə hücum davam edəcək!” – Ecei Pezeşkianı təkzib etdi

İran Məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ecei bəzi qonşu ölkələrə hücumları davam edəcəklərini bildirib. O regiondakı bəzi ölkələrin "düşmənin əlində olduqlarına" dair məlumat aldıqlarını və onların İrana hücum üçün istifadə edildiyini iddia edib. 

Ecei hazırda İranı rəsmi olaraq idarə edən 3 nəfərlik müvəqqəti şuranın üzvüdür. Həmin şuranın başqa üzvü Məsud Pezeşkian bu gün qonşu ölkələrə hücum etməyəcəklərini açıqlamışdı. O, qonşu ölkələrdən üzr istəmişdi.

Ecei həmçinin İranda sərt baxışları və SEPAH-a yaxınlığı ilə tanınır. O, İranda ilin əvvəlindəki etirazlardan sonra həbs edilən etirazçıların edamını dəstəkləyənlərdən olmuşdu. İran konflikti başlayandan bu yana İran ərazisindən ərəb ölkələrinə o cümlədən Azərbaycana raket və dron hücumu olub. Ərəb ölkələri və Azərbaycan bu hücumları sərt tənqid ediblər. (Azadliq Radiosu)

Şərhlər

İnsan 2026-03-07 23:34:26

https://www.youtube.com/watch?v=Pb0n3LphIp4 - Türkiyə admiralından şərh

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol