Menu

ABŞ-nin təlimlərə qatılan 104 İran hərbçisini qətlə yetirdiyi açıqlandı

08.03.2026, 23:53
ABŞ-nin təlimlərə qatılan 104 İran hərbçisini qətlə yetirdiyi açıqlandı

ABŞ-nin sualtı qayığının İranın "IRIS Dena" esminesinə hücumu nəticəsində azı 104 nəfər ölüb, daha 20 nəfər itkin düşüb.

İran Dövlət Televiziyasının məlumatına görə, bu barədə İslam Respublikası Ordusunun mətbuat xidməti açıqlama verib.

Məlumata görə, gəmidə 136 heyət üzvü olub.

Qeyd edilir ki, esmines hərbi təlimlərdən qayıdırmış.  Göyərtəsində 130 dənizçi olan "Dena" freqatı beynəlxalq sularda xəbərdarlıq edilmədən hücuma məruz qalıb.

Gəmidəkilər silahsız olublar. 

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol