Menu

İran İraqdakı ABŞ bazasına hücum edib

09.03.2026, 10:59
İran İraqdakı ABŞ bazasına hücum edib

İran İraqın Ərbil şəhərində ABŞ hərbi bazasının yerləşdiyi hava limanı və ABŞ Başkonsulluğunun ətrafında 5 dəqiqə fasilə ilə 4 pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib. 

Məlumata görə, partlayış səslərindən sonra hava hücumundan müdafiə sistemləri aktivləşdirilib, təhlükəsizlik qüvvələri isə PUA-lara qarşı intensiv atəş açıb.

Qeyd olunur ki, ABŞ və İsrailin İrana qarşı başladığı hücumlardan sonra Ərbildə demək olar ki, hər gün partlayış səsləri eşidilir.

Martın 1-i gecə baş verən hücum zamanı PUA-lar Ərbil Hava Limanına düşüb, nəticədə partlayış və yanğın baş verib. Martın 2-də isə Ərbilin Degele bölgəsində yerləşən Peşmərgə qüvvələrinin qərargahı PUA hücumuna məruz qalıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol