Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bu gündən etibarən bərpa edilib.
"Report"un yerli bürosu xəbər verir ki, hazırda aeroportun İranın dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır.
Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. Nəticədə Naxçıvan aeroportunun fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdı.

Azərbaycan Prezidenti İlham Əliyev İran tərəfinin hərəkətlərini çirkin terror aktı adlandırıb. Dövlət başçısı bildirib ki, Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.


Şərhlər
Naxçıvana dronların iraqdan buraxılması mümkünmü7 Axı İraqdan buraxılan dron da iran üzərindən keçə bilir.Bunun haradan buraxıldığını indiki texnika əsrində (peyk.radar və s.) müəyyən etmə çətinmi?Niyə bu edilmir?Bütün suallara son qoyula bilərdi.Niyə bu edilmir?