Ötən gün İsrail qırıcı təyyarələri Livanın cənubundakı Nəbatiyə şəhərinə hava hücumu həyata keçiriblər.
“AzPolitika” xəbər verir ki, TASS-ın məlumatına görə, hədəflərdən biri bu şəhərdəki Rusiya Mədəniyyət Mərkəzi olub. Zərbə nəticəsində bina tamamilə dağılıb.
Buradakı Rusiya Mədəniyyət Mərkəzi 2004-cü ildə təsis edilib və beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşib. O, Rusiya universitetlərinin məzunlarını bir araya gətirən sosial və mədəni mərkəz kimi xidmət edib. Burada rus dili kursları fəaliyyət göstərib və rus dilində mədəni tədbirlər, konsertlər keçirilib. Bina 2024-cü il münaqişəsi zamanı da ciddi ziyan görübmüş və oradakı təmir işləri bu yaxınlarda başa çatıbmış.
“AzPolitika.info”


Şərhlər
Dünyanın bütün tərəqqipərvər qüvvələri İzrailə qarş birəşib onun qırğın ritorikasını öz başlarına gətirməlidir.Başqa ür dünyada normal yaşam olmayaca.Çünkinlar yaradldıqdan indiyə dünyada stabilik daim pozuur.