Menu

Rusiya "Ukrayna Qəhrəmanı"nın idarə etdiyi Su-27 qırıcısını vurub

10.03.2026, 13:26
Rusiya "Ukrayna Qəhrəmanı"nın idarə etdiyi Su-27 qırıcısını vurub

Rusiya Ukrayna ordusuna məxsus Su-27 qırıcı təyyarəsini vurub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcı təyyarəsi vurulub.

Təyyarənin pilotunun Ukrayna ordusunun 39-cu Taktiki Aviasiya Briqadasının komandiri Aleksandr Dovqaç olduğu bildirilib.

Qeyd edək ki, polkovnik Aleksandr Dovqaç "Ukrayna Qəhrəmanı"dır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol