Menu

Britaniya Şərqi Aralıq dənizinə ikinci gəmini göndərir

10.03.2026, 14:25
Britaniya Şərqi Aralıq dənizinə ikinci gəmini göndərir

Böyük Britaniya Şərqi Aralıq dənizinə ikinci gəmini - aviasiya platforması kimi istifadə üçün təchiz edilmiş "RFA Lyme Bay" desant gəmisini göndərməyə hazırlaşır.

Bu barədə "Report Sky News"a istinadən xəbər verir, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, "RFA Lyme Bay" köməkçi gəmisinin Şərqi Aralıq dənizində dəniz tapşırıqlarını yerinə yetirmək üçün yerləşdirilməsinə hazırlıq gedir.

"Məqsədəuyğun planlaşdırma çərçivəsində biz ehtiyat tədbiri kimi "RFA Lyme Bay" köməkçi gəmisini yüksək hazırlıq vəziyyətinə gətirmək qərarına gəldik. Gəmi zərurət yaranacağı təqdirdə dəniz tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunacaq", - Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Daha əvvəl nazirlik Şərqi Aralıq dənizində "HMS Dragon" esminesinin yerləşdirilməsinə hazırlıq barədə elan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol