Menu

"Tramp Putindən Ukraynada atəşkəs istəməyib" - Kreml

10.03.2026, 14:44
"Tramp Putindən Ukraynada atəşkəs istəməyib" - Kreml

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə söhbətində Ukraynada tam razılaşma əldə olunana qədər atəşkəs istəməyib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Vaşinqton Moskvanın mövqeyini qəbul edib və "atəşkəs" ifadəsini düzgün mənada istifadə edir.

Peskov ABŞ tərəfindən belə bir şərtin qoyulmadığını deyib: "Bu, artıq dəfələrlə müzakirə olunub. Atəşkəslə bağlı bütün modallıq yaxşı anlaşılır. Prezident Putinin ardıcıl mövqeyi də hamıya məlumdur".

Kremlin sözçüsü Moskvanın Ukrayna nizamlanmasında vasitəçilik səylərinə görə Vaşinqtona minnətdar olduğunu və bu prosesin davam etməsində maraqlı olduğunu qeyd edib: "Putin Ukrayna nizamlanmasında ABŞ-ın vasitəçilik səylərini yüksək qiymətləndirir. Biz buna görə minnətdarıq və bu prosesin davam etməsində maraqlıyıq".

Peskov onu da əlavə edib ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff rusiyalı həmkarları ilə daim əlaqə saxlayır: "Bu, ən həssas məsələlər üzrə dialoqa imkan verir. Bu rabitə kanalı həqiqətən də bizə ən həssas məsələlər üzrə bir-birimizə siqnallar ötürməyə imkan verir".

Şərhlər

B.Süni İntellekt 2026-03-10 17:53:08

Yeni Sülh Koalisinin Rəhbəri D.Tramp deyil, tarixi Ədalətə Sadiq hər hansı ABŞ Prezidenti, Ağ Ev lideri əski Kremlin özü buraxdığı Ukraynadan Beynəlxalq (hüquqi) Nizam naminə qeyd-şərtsiz öz sərhəddlərinə kəskinliklə tələb edərdi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol