Menu

Qazaxıstan müharibədən qaçan rusları “deport” edəcək – Çoxlu sayda cinayət işi açılıb

10.03.2026, 17:49
Qazaxıstan müharibədən qaçan rusları “deport” edəcək – Çoxlu sayda cinayət işi açılıb

Qazaxıstan saxta müvəqqəti yaşayış icazələri ilə bağlı cinayət işlərini araşdırır.

“AzPolitika” xəbər verir ki, işə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi baxır və onlarla çağırış yaşına çatmış Rusiya vətəndaşı şahid qismində çıxış edir.

İnsan hüquqları fəalları bu istintaqın müharibə səbəbindən ölkədən qaçan rusiyalı mühacirlərin deportasiyasına səbəb ola biləcəyini bildirirlər. Fevral ayının sonundan bəri dindirmələr qruplar şəklində aparılır və müstəntiqlər eyni anda üç-dörd nəfəri çağırırlar. Saxta sənədlərlə bağlı istintaq miqrasiya polisi deyil, təhlükəsizlik xidmətləri tərəfindən aparılır. Bu, Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılmış siyahılar əsasında deportasiyalar da daxil olmaqla daha geniş tədbirlərə hazırlıqların aparıldığını göstərir.

Texniki cəhətdən bunlar siyasi olmayan cinayət işiləridir. Qazaxıstanda on minlərlə rusiyalı mühacir hələ də “boz zonada”, yəni demək olar, qanunsuz yaşayır. Ölkə yalnız əmək miqrasiyasını tanıyır və ruslara siyasi sığınacaq vermək üçün heç bir mexanizm yoxdur. Müvəqqəti yaşayış icazəsi bir ilə qədər Qazaxıstanda qalmağa imkan verir, lakin onu almaq üçün işləmək və qeydiyyat tələb olunur. Bu prosedur ətrafında saxta sənədlər təklif edən vasitəçilər bazarı inkişaf edib və bir çox rusiyalı bundan yararlanır.

İnsan haqları təşkilatları saxta müvəqqəti yaşayış icazəsi olan rusiyalılara Qazaxıstanı tərk etməyi və məcburi deportasiyanı gözləməməyi məsləhət görür.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol