Menu

Təl-Əvivin cənubunda rabitə mərkəzi məhv edildi - SEPAH açıqladı

10.03.2026, 21:22
Təl-Əvivin cənubunda rabitə mərkəzi məhv edildi - SEPAH açıqladı

"Gerçək Vəd 4" əməliyyatının otuz üçüncü dalğası nəticəsində Təl-Əvivin cənubunda yerləşən "Haela" peyk rabitə mərkəzi məhv edilib.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Qərargahı məlumat yayıb.

Daha əvvəl bildirilib ki, İran ABŞ-nin Kürdüstan regionundakı "Hərir" bazasında yerləşən qərargahı da atəşə tutub. Son məlumata görə, həmin bazaya 5 raket buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol