Menu

ABŞ İsrailə xəbərdarlıq etdi - "İranın enerji və neft infrastrukturuna zərbə endirməyin"

10.03.2026, 22:48
ABŞ İsrailə xəbərdarlıq etdi - "İranın enerji və neft infrastrukturuna zərbə endirməyin"

ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağıraraq xəbərdarlıq edib ki, bu cür hərəkətlər mülki əhaliyə zərər verə bilər.

APA xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat verib.

Məlumatda bildirilir ki, bu cür addımlar o cümlədən qlobal neft qiymətlərinin kəskin artmasına və Fars körfəzindəki enerji obyektlərinə qarşı daha genişmiqyaslı cavab zərbələrinə səbəb ola bilər.

Portalın məlumatına görə, Tramp administrasiyası münaqişə bitdikdən sonra potensial əməkdaşlıq üçün İranın neft sektorunu qorumağa çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol