Menu

Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir

11.03.2026, 09:11
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşür.

"Report" xəbər verir ki, taxılın ümumi çəkisi 1 023 tondur.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Sonuncu dəfə martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 ton Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb.

Şərhlər

Azər 2026-03-11 09:25:16

Erm'nistanla sülh mwqaviləsi olmadan onlara neft məhsuarını göndrmək və tranzit icazəsi vermək yanlIşdır! Çünki hələ də füşmənçilikdə davam etməkdədirər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol