Rusiyanın Tolyatti şəhərində dron hücumu nəticəsində sənaye zavoduna ziyan dəyib.
"AzPoıitika" xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorışçev məlumat verib. Onun sözlərinə görə, zərər görmüş obyektin bərpası üçün zəruri işlər aparılır, lakin qubernator hücum olunan müəssisənin adını açıqlamayıb.Ukrayna monitorinq kanalları və bir neçə "Telegram" resursu hücumun Kuybışev Azot Gübrələri Zavoduna - "Kuibışevazot" ASC-yə yönəldiyini bildirir. Eyni zamanda ASTRA kanalı qeyd edir ki, zavodun yaxınlığında başqa müəssisə “Tolyattikaçuk” da yerləşir. Məlumatlara görə, "Kuibışevazot"-un bir sexində yanğın baş verib.“Kuybişevazot” Rusiya kimya sənayesində aparıcı şirkətlərdən biridir. Şirkət kaprolaktam istehsalında liderdir və məhsullarının emalını həyata keçirir, həmçinin ölkənin ən böyük azot gübrəsi istehsalçılarından hesab olunur.Bundan əlavə, gecə saatlarında Rusiyanın nəzarətində olan Mariupolda da partlayışlar barədə məlumatlar yayılıb. Ukrayna qüvvələri aerodrom yaxınlığındakı sursat anbarını vurub və partlayış baş verib. Bu məlumatların müstəqil təsdiqi yoxdur."AzPolitika.info"

Şərhlər