Menu

Rumıniya ABŞ-a öz hərbi bazasından istifadəyə icazə verməyi düşünür

11.03.2026, 13:23
Rumıniya ABŞ-a öz hərbi bazasından istifadəyə icazə verməyi düşünür

Rumıniya ərazisindəki bazaları ABŞ-ın istifadəsinə verməyi nəzərdən keçirir.

APA “Reuters“ə istinadən xəbər verir ki, Rumıniya Prezidenti Nikuşor Dan bununla bağlı müşavirə keçirib.

Müşavirədə ABŞ-ın Rumıniya bazalarından İrana qarşı hücumda istifadə etməsi üçün icazə verilməsi müzakirə olunub.

Anonim mənbələrin “Reuters“ə verdiyi məlumata görə, ABŞ hərbi bazalardan birinə giriş üçün Rumıniyaya müraciət edib.

Qeyd edək ki, hazırda Rumıniyada təqribən 1 000 ABŞ hərbçisinin olduğu təxmin edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol