Menu

"Biz artıq Ermənistanla ticarətə başlamışıq, əminəm ki, sülh davam edəcək" - Azərbaycan Prezidenti

11.03.2026, 17:27
"Biz artıq Ermənistanla ticarətə başlamışıq, əminəm ki, sülh davam edəcək" - Azərbaycan Prezidenti

Biz cəmi yeddi aydır sülh şəraitində yaşayırıq.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatında bildirib.

“Müstəqillik 1991-ci ildə əldə olunub və yalnız son yeddi ay ərzində sülh dövrü yaşanır. Mən əminəm ki, sülh davam edəcək. Biz artıq ticarətə başlamışıq və Ermənistana mühüm neft məhsullarının tədarükünə start vermişik. Bu isə bir daha güclü siyasi iradəmizin nümayişidir. Düşünürəm ki, bu, hər iki tərəfin sağlam münasibətlər qurmaq və sülhə sadiq qalmaq niyyətinin ən yaxşı göstəricisidir. Buna görə də gündəliyimizin əsas mövzusu regionda təhlükəsizlik məsələlərinin müzakirəsidir”, - dövlət başçısı vurğulayıb.

Şərhlər

Azərbaycan vətəndaşı 2026-03-11 17:49:16

Sülh müqaviləsi olmadan bu təlskənliyin mənası və əsası varmı? Axı bu əlaqələr ilk növbədə Ermənistana lazımdır. Bu ermənilərə canfəşanlıq hansı ehtiyacdan yaranır ? Qaranlıq qalıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol