Menu

Bakının mərkəzində söküntü - Ərazidə nə tikiləcək?

11.03.2026, 21:16
Bakının mərkəzində söküntü - Ərazidə nə tikiləcək?

Bakının mərkəzində - Üzeyr Hacıbəyov və Xaqani küçələrində 1 ədəd 14 mərtəbəli və 2 ədəd 5 mərtəbəli binalar sökülür.

"AzPolitika" "Modern.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilən məlumata görə, ərazidəki bütün sakinlərlə qanunvericiliyə uyğun qaydada razılıq əldə olunub, onlar köçürülərək müvəqqəti yaşayış yeri ilə təmin edilib.

Açılan ərazidə 28 mərtəbəli yaşayış kompleksinin inşası nəzərdə tutulur.

Şərhlər

Salman 2026-03-14 15:29:13

Ora xüsusi mühafizə zonası gedir, Bakı Şəhəri Baş Planına əsasən.
5 mərtəbədən artik tikililərə icazə verilə bilmez.

Samirə 2026-03-13 14:17:27

3cu Alatavada Nəsimi qaz idarəsinin ətrafında 67ci ildən ermənilərin tikdiyi evler qalib bina sokurlər. Şəhərin memarlığını düşünənlər evvelce bele evleri soker. Hər dəfə oradan keçəndə məəttəl qalıramki niyə oralar sokulmur. Həm bina üçün həmdə park ücün əlverişli yerdir. Boyuk qəsəbə salmaq olar.

Sevil Məmmədova 2026-03-12 17:24:46

Normal vəziyyətdə olan evləri sökürlər,1900 cü ildə karvansara məqsədi ilə tikilmiş,hal hazırda 18 ailənin acınacaqlı vəziyyətdə yaşadığı bina qalıb
Mümkünsə aidiyatı ünvanlara çatdırın.

Ədalət 2026-03-12 04:34:58

Nə əcəb hamı razılaşib qısa müddətdə ?

Adam 2026-03-11 22:41:27

28 mərtəbəli bina nəyə lazım? Bu seysmik zonada.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol