Menu

"ABŞ İrana zərbələri əvvəlki intensivliklə davam etdirəcək" - Tramp

11.03.2026, 21:54
"ABŞ İrana zərbələri əvvəlki intensivliklə davam etdirəcək" - Tramp

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı zərbələri əvvəlki intensivliklə davam etdirəcəyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbəti zamanı bildirib.

İrandakı əməliyyatın başa çatdırılması üçün hansı hərbi addımların atılacağı ilə bağlı suala cavab verən ABŞ prezidenti deyib ki, Vaşinqton “indiyədək etdiyindən daha çoxunu edəcək”.

ABŞ lideri əlavə edib ki, Vaşinqton istəsə daha sərt addımlar ata bilər.

“Biz bəzi hədəflərə toxunmuruq. Əgər onları vurmaq istəsək, bu gün, bir saat ərzində məhv edə bilərik”, – deyə Tramp bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol