Menu

“Məktəb təhsili ilə 50 bal da toplaya bilmirlər” - ETİRAZ

12.03.2026, 11:46
“Məktəb təhsili ilə 50 bal da toplaya bilmirlər” - ETİRAZ

"Ali təhsil müəssisələrinə qəbul qaydaları və imtahan formatı dəyişməlidir. Dünyanın heç bir ölkəsində ixtisas qrupları yoxdur və bu qədər fəndən imtahan götürülmür. Bu istismardır. Həm şagirdi, həm də valideyni!”

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə təhsil eksperti Elçin Əfəndiyev çıxış edib. O, bildirib ki, 6-7 fənn üzrə hazırlaşan bir abituriyent məktəb təhsili ilə kifayətlənmir və təhsili kənarda axtarır:

“Bu zaman isə ailə büdcəsi 1 fənn üzrə ən azı 70-80, bəzən isə ən çoxu 100-200, hətta 250-300 AZN xərc çəkməli olur. 6 fənn üzrə bir ailə aylıq 400 manatdan 1500 manatadək hazırlıqlara pul tökür. Bu istismar deyilsə nədir? Dövlət pulsuz təhsil verir, əziyyət çəkin təhsili qaytarın məktəbə!

Vahid qəbul qaydası işlənib hazırlanmalıdır. Dünyanın qabaqcıl ölkələrinə və onların qəbul qaydalarına baxın.

Təhsili məktəbə qaytarın! Bu gün yalnız məktəb təhsili ilə kifayətlənən məktəb şagirdləri Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında 0-50 arası da bal toplaya bilmirlər. 50-300 bal aralığında nəticə göstərən şagirdlər təhsil mərkəzlərinin, kursların, repetitorların nəticəsidir.

Fənlərin sayı minimallaşdırılmalıdır. 2-3 fənn üzrə qəbul aparılmalıdır. Qəbul bir dəfə keçirilməlidir. Nəticələr də ən geci 10-15 gün ərzində elan olunmalıdır. Martdan başlayan proses sentyabr ayında güclə başa çatır”.

Şərhlər

Vətəndaş 2026-03-15 23:45:08

Salam. İnanın bir valideyn kimi təhsillə bağlı çox ciddi əziyyət çəkirəm. Həm Maddi , həm mənəvi, həm psixoloji. Mən bilmək istəyirəm ki məktəb təhsili və dərslikləri niyə kifayət etmir? Niyə uşaqlar mütləq məcburiyyət qarşısında qalıb əlavə vəsaitlər, test kitabları almalıdırlar? Nə üçün uşaqlar Ali məktəblərdə oxumaq üçün mütləq hazırlıqlara getməlidirlər? Nə baş verir? Siz 7, 8 dərsdən çıxıb hazırlıqlara gedən uşaqların həyatını düşünə bilirsinizmi? Axşam saat 10- hazırlıqdan evə qayıdan uşaqları. Hələ 7 dərsi olub 14 kitabı məktəbə məcbur aparan uşaqları. Mən şəxsən uşağın çantasını götürəndə ürəyim sızlayır. Məncə çox ciddi tədbir görmək gərəkdir. Bu tək mənim problemim deyil. Bu bizim gələcək nəslin indi üzləşdiyi problemlərdir. Bu gün biz bu problemləri həll etməsək gələcəkdə daha laqeyd, əsəbi, savadsız, sağlam olmayan kütlə olacağıq. Xahiş edirəm bu barədə daha geniş müzakirələr yaradın, qanunlar və qaydalar xalqa xidmət etməlidir. Uşaqların gələcəyini düşünün!!!

Seymur-a 2026-03-14 02:40:06

Ağlamaq yox,hakimiyyət özünü kənarda saxamamalıdır.Azərbaycanda təhsilə ciddi diqqtə və vəsait yelkmlıdır.Buna imkan kifayət qədər vardır

Ilham 2026-03-12 14:06:02

Elçin müəllim çox düzgün qeyd edirsiniz.

Seymur 2026-03-12 12:24:45

Qaynana kinosundakı qaynana kimi 2 arvad lazımdı qabaq qabağa oturub ölmüş Azərbaycan təhsilini ağlasınlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol