Menu

Xameneinin yaralanması rəsmən təsdiqləndi - “O yaralanıb, lakin..."

12.03.2026, 12:32
Xameneinin yaralanması rəsmən təsdiqləndi - “O yaralanıb, lakin..."

İranın yeni ali rəhbəri Müctəba Hüseyni Xamenei yaralanıb.

"AzPolitika" xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, hazırda ali rəhbər özünü yaxşı hiss edir.

Eyni zamanda məlumatda Müctəba Xameneinin fevralın 28-də ABŞ və İsrailin İrana qarşı əməliyyatı zamanı yaralandığı qeyd olunub

İran XİN-in rəsmi nümayəndəsi Esmail Baqai də İtaliya mətbuatına müsahibəsində faktı təsdiqləyib. 

“O yaralanıb, lakin özünü yaxşı hiss edir. Onun ilk çıxışını nə vaxt edəcəyini bilmirəm. Yeni Ali Lider postuna 3-4 namizəd var idi, lakin Ekspertlər Şurasında əksəriyyət onu seçdi”, - Baqai qeyd edib.

.Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Şərhlər

Eli 2026-03-12 13:09:36

Burda deyibler:"Qarının işini görenden sonra tapşırıblar ki,tumanbağını elinde möhkem saxla ,o da saxlaya bilmir öten keçen qarının "Arxa baxçasını""Ziyaret" edir.Şndi de bu İran dal elden gedenden sonra AVL-a hede qorxu gelir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol