Menu

Rusiya İrana humanitar yardımı Azərbaycan vasitəsilə çatdıracaq

12.03.2026, 12:44
Rusiya İrana humanitar yardımı Azərbaycan vasitəsilə çatdıracaq

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi humanitar yardımı İrana Azərbaycan vasitəsilə çatdıracaq.

"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat verib.

"Azərbaycana dərman preparatlarının çatdırılması nazirlik tərəfindən həyata keçiriləcək. Daha sonra isə onlar İran hökumətinin səlahiyyətli nümayəndələrinə təhvil veriləcək. Rusiya FHN-nin "İl-76" təyyarəsi ümumi çəkisi 13 tondan çox olan humanitar yükü çatdıracaq", - məlumatda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol