Menu

Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisində yanğın olub

12.03.2026, 19:30
Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisində yanğın olub

“USS Gerald R. Ford” gəmisində yanğın olub.

APA xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Məlumata görə, döyüşlə əlaqəli olmayan yanğın nəticəsində iki ABŞ dənizçisi xəsarət alıb, onlara tibbi yardım göstərilir.

Yanğın ABŞ-ın Qırmızı dənizdə yerləşən və Yaxın Şərqdə İrana qarşı əməliyyatda iştirak edən “USS Gerald R. Ford” aviadaşıyıcısının camaşırxanasında baş verib.

Qeyd edilib ki, təyyarədaşıyan gəmi tam işlək vəziyyətdədir, mühərrik qurğusu zədələnməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol