Menu

Millimiz Belçikaya 11:0 hesabı ilə uduzdu

12.03.2026, 20:07
Millimiz Belçikaya 11:0 hesabı ilə uduzdu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

B Liqasının 3-cü qrupunda yer alan yığma Belçikanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gəlib.

Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubec” stadionunda keçirilən görüşdə rəqib Azərbaycan yığmasını 11:0 hesabı ilə darmadağın edib.

Belçika millisinin heyətində Elsa Qodfroid (8, 24 və 61-ci dəqiqələr), Vies Dehamers (20, 22, 52, 56), Zoi Kasonqo (32), Esti Merşalk (66, 86 - pen.) və Melin Lüis (90+1) fərqləniblər.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol