Menu

Küveytdə PUA ilə yaşayış binasına endirilən zərbə nəticəsində iki nəfər yaralanıb

12.03.2026, 21:56
Küveytdə PUA ilə yaşayış binasına endirilən zərbə nəticəsində iki nəfər yaralanıb

Küveytdə pilotsuz uçuş aparatı (PUA) ilə yaşayış binasına endirilən zərbə nəticəsində iki nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi sosial şəbəkələrdə məlumat yayıb.

"Bu gün səhər tezdən PUA ilə ölkənin cənub bölgəsindəki yaşayış binasına zərbə endirilib. İnsident nəticəsində iki nəfər yaralanıb, maddi ziyan dəyib", - nazirlik bildirib.

Bundan başqa, son 24 saat ərzində Küveyt hərbçiləri beş ballistik raket aşkarlayıb, onlardan dördü məhv edilib. Hava hücumundan müdafiə sistemləri həmçinin yeddi PUA qeydə alıb, onlardan beşi məhv edilib, ikisi isə təhlükə zonasından kənara düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol