Menu

ABŞ ordusuna məxsus yanacaq dolduran təyyarə İraqda qəzaya uğrayıb

13.03.2026, 02:19
ABŞ ordusuna məxsus yanacaq dolduran təyyarə İraqda qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing KC-135” tipli yanacaq dolduran təyyarə cümə axşamı İraqın qərbində qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat verib.

6 ekipaj üzvünün hamısı həlak olub.

Zədələnmiş bir digər “KC-135” tipli təyyarə isə İsraildə uğurla eniş edib.

Qeyd edə ki, KC-135 əsas hava yanacaqdoldurma təyyarəsidir. Təyyarə tək bir uçuşda 90 tona qədər yanacaq ötürə bilir. Bu nəhəng təyyarənin dəyəri təxminən 25 milyon dollardır.

Pentaqon təyyarənin vurulması ilə bağlı xəbərləri təkzib edib. Məlumata görə İrana qarşı əməliyyatlar zamanı itirilən dördüncü ABŞ təyyarəsidir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) təyyarənin itirilməsinin düşmən hücumu nəticəsində baş vermədiyini açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol