İranda davam edən hərbi münaqişə dünya bazarlarında neftin qiymətini artırmaqda davam edir.
“AzPolitika” xəbər verir ki, qlobal bazarlarda Azərbaycanın Azeri Light (CIF) xam neftinin qiyməti yenə artıb. Neftimiz 10,15 dollar və ya 10,6% artaraq 105,58 dollara çatıb.
Bundan əvvəlki qiymət 95,43 dollar idi.
ICE London Qitələrarası Birjasında ticarət zamanı 2026-cı ilin may ayı üçün Brent xam neft ixrac fyuçers müqaviləsinin qiyməti 0,02% artaraq bir barel üçün 100 dolları keçib.
NYMEX Ticarət Birjasında 2026-cı ilin aprel ayında çatdırılma üçün WTI xam neftinin qiyməti də 0,3% artaraq bir barel üçün 95,44 dollara çatıb.
“AzPolitika.info”


Şərhlər