Menu

Azərbaycanda vəkillərin sayı açıqlandı

13.03.2026, 12:40
Azərbaycanda vəkillərin sayı açıqlandı

Azərbaycanda hazırda 2 867 vəkil fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə qəbul olan yeni namizədlərin təntənəli andiçmə mərasimində deyib.

Anar Bağırov qeyd edib ki, bu gün and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb: "Yeni qəbul olunan namizədlərdən 35 nəfəri kişi, 15 nəfəri qadındır. Onlardan 6 nəfəri regionlarda, 44 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək".

Kollegiya sədri bildirib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi daha da genişləndirilib və bu müddət ərzində ümumilikdə 16 test imtahanı keçirilib, həmin imtahanlarda 6 893 namizəd iştirak edib.

Şərhlər

Dövlətini sevən 2026-03-13 18:29:08

Anar Bağırovun dövründə yüksək bal toplyana namizədlərin Vəkil olmasına imkan verilməmişdir. bui yoxlanılmalıdır və hüquqi qiymət verilməlidir !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol