Menu

"Xamenei böyük ehtimalla şikəst qalıb" - ABŞ-nin müharibə naziri

13.03.2026, 16:40
"Xamenei böyük ehtimalla şikəst qalıb" - ABŞ-nin müharibə naziri

İranın yeni Ali Rəhbəri Müctəba Xamenei yaralanıb.

APA xəbər verir ki, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.

Heqsetin sözlərinə görə, Müctəba Xamenei böyük ehtimalla şikəst qalıb.

Heqset Müctəba Xamenenin dünən xalqa müraciətinə də toxunub: “O, dünən müraciət etdi, amma nə səsi, nə də görüntüsü var idi. Bu, yalnız yazılı bir bəyanat idi. İranın çoxlu kameraları və çoxlu diktofonları var - bəs niyə ancaq yazılı bəyanat? Düşünürəm ki, siz bunun səbəbini bilirsiniz. O, qorxur. O, yaralanıb, qaçır və legitimliyi yoxdur. Bu, onlar üçün tam xaosdur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol