Ukrayna Prezidenti Volodimir Zelenski daha bir soydaşımızı - Emin Həsənovu Ukraynanın "İgidliyə görə" ordenilə təltif edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı məlumat paylaşıb.
Emin Həsənov 2015-ci ildən könüllü olaraq Ukrayna ordusunda xidmət edir. 2022-ci ildə Rusiya işğalı başlayandan bəri əlində silah ön cəbhədədir. Döyüşçü yoldaşlarının “Türk" ləqəbi verdikləri soydaşımız Kiyevin müdafiəsində, həmçinin Donbass, Zaporojye, Xarkov istiqamətlərində qəhrəmanlıqlar göstərib. O, bir neçə dəfə ağır yaralanmasına baxmayaraq, müalicə aldıqdan sonra cəbhə xəttinə, komandiri olduğu birliyinə qayıdıb.
“AzPolitika.info”




Şərhlər