Menu

Merz ABŞ və İsrailə çağırış edib

13.03.2026, 20:54
Merz ABŞ və İsrailə çağırış edib

Almaniya kansleri Fridrix Merz ABŞ və İsraili İranla münaqişənin başa çatdırılması üçün aydın strategiya hazırlamağa çağırıb və İran dövlətçiliyinin zəifləməsi təhlükəsi barədə xəbərdarlıq edib.

APA xəbər verir ki, Merz bu barədə Norveçə səfəri zamanı açıqlama verib.

Onun sözlərinə görə, müharibə uzandıqca cavablardan daha çox suallar yaranır.

“Getdikcə daha aydın görünür ki, inandırıcı plan lazımdır. Bu müharibənin necə başa çatdırılacağı ilə bağlı konkret strategiya olmalıdır”, – deyə o bildirib.

Kansler vurğulayıb ki, Almaniya və Avropa sonsuz müharibədə maraqlı deyil.

“İranın ərazi bütövlüyünün, dövlətçiliyinin və iqtisadi dayanıqlığının dağılması bizim üçün də çox ciddi nəticələrə səbəb ola bilər”, – deyə Merz qeyd edib.

Eyni zamanda o, İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq qonşu ölkələrdəki hədəflərə zərbələr endirməsini və Hörmüz boğazının bağlana biləcəyi ilə bağlı xəbərdarlıqları qətiyyətlə pislədiyini bildirib.

Şərhlər

Bəhrami 2026-03-14 10:07:11

Son SSRİ lideri öncə İqtisadi, ardınca sırf Siyasi islahatı və əbədi tarixi Şöhrət naminə *Berlin Divarını sökmək*lə (guya) ən azı 29 (15+14) dövləti Müstəqilliyə-rəqib *Böyük Bazara* satmış olmadımı? AFR Kansleri Merz, artıq vahid Almaniya deyil, bir-digərinə dolaşmış dövlətlərin də qayğısına qalmalı olub! Yaranmış Hərbi Antoqonizmi, elə *Alman Faşizmi* kimi mühakimə etmədən yox etmək mümkünmü?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol