Menu

“Bütün Ukrayna ərazisi qanuni hədəfdir” – İran Ukraynaya etiraz edir

14.03.2026, 21:20
“Bütün Ukrayna ərazisi qanuni hədəfdir” – İran Ukraynaya etiraz edir

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri İbrahim Əzizi Ukraynanın bundan sonra ölkəsi üçün “qanuni hədəf” hesab oluna biləcəyini bildirib.

O, sosial şəbəkə X-də yazıb ki, Ukraynanın İsrailə pilotsuz uçuş aparatları ilə dəstək verməsi bu ölkəni münaqişəyə cəlb edib.

Əzizinin sözlərinə görə, “İsrail rejiminə pilotsuz uçuş aparatları vasitəsilə dəstək göstərən və artıq iflasa uğramış Ukrayna faktiki olaraq müharibəyə qoşulub və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsasən bütün ərazisini İran üçün qanuni hədəfə çevirib”.

Bundan əvvəl Ukrayna ABŞ və onun müttəfiqlərinə Fars körfəzi ölkələrində hədəflərə hücum edən İran pilotsuz uçuş aparatlarına qarşı mübarizədə kömək etməyə hazır olduğunu bildirmişdi.

Qeyd edək ki, İran isə Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibənin ilk dövrlərindən etibarən Moskvaya texnologiya və silah ixracı ilə dəstək verir.

Ukrayna rəsmiləri İbrahim Əzizinin bu bəyanatına hələlik rəsmi münasibət bildirməyiblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol