Menu

"ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir" - İran XİN

14.03.2026, 21:52
"ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir" - İran XİN

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin hava hücumundan müdafiə (HHM) sistemini tənqid edib.

Əraqçi bu barədə "X"dəki hesabında yazıb.

"ABŞ-nin reklam olunan "təhlükəsizlik çətiri" dəliklərlə dolu çıxdı və iğtişaşların qarşısını almaqdansa, daha çox qızışdırır" , - İranın XİN başçısı qeyd edib.

O, əlavə edib ki, hazırda ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir: "İran ABŞ-nin yeganə qayğısının İsrail olduğunu nəzərə alaraq qardaş qonşuları xarici təcavüzkarları qovmağa çağırır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol