Menu

SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib

15.03.2026, 00:02
SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran liderinin hərbi ofisinin rəhbəri vəzifəsinə təyin edilən general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə təsdiqləyib.

APA xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

"General Əbu əl-Qasım Babayan İsrail və ABŞ-nin zərbələri nəticəsində öldürülüb. Ailəsinə və yoldaşlarına başsağlığı veririk", - ordunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Generalın ölümünün dəqiq tarixi açıqlanmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol