Menu

İran ABŞ və İsrailə xəbərdarlıq edib

15.03.2026, 17:12
İran ABŞ və İsrailə xəbərdarlıq edib

İran düşmənini təslim olmağa məcbur etmək üçün Hörmüz boğazında gəmiçilik hərəkətinə nəzarət də daxil olmaqla, istənilən vasitəyə əl atacaq.

"Report" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Qərargahı məlumat yayıb.

"İran silahlı qüvvələri strateji əhəmiyyətli Hörmüz boğazından hərəkətlərə komandanlıq və nəzarət də daxil olmaqla, ölkənin bütün geosiyasi imkanlarından istifadə etmək və təcavüzkarları təslim olmağa məcbur etmək əzmindədir", - deyə məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol