Menu

İsrail Xameneinin təyyarəsini də vurub - FOTO

16.03.2026, 15:23
İsrail Xameneinin təyyarəsini də vurub - FOTO

İsrail Tehranda İran hökumətə məxsus təyyarəni məhv edib.

İsrail Ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücum bazar ertəsi gecəsi Mehrabad hava limanında baş verib. Bildirilir ki, zərbə xüsusi olaraq hökumətə məxsus təyyarəni hədəf alıb.

İsrail tərəfi qeyd edib ki, sözügedən təyyarədən İranın keçmiş ali rəhbəri Ayətullah Əli Xamenei və digər yüksək vəzifəli rəsmilər də istifadə edirdi.

Həmçinin qeyd olunub ki, son günlər İsrailin hava zərbələri zamanı İranın radar sistemləri, hava hücumundan müdafiə vasitələri, hərbi təyyarələr və hərbi nəqliyyat təyyarələri də sıradan çıxarılıb.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol