Menu

Xamenei SEPAH-ın sabiq komandanını özünə hərbi müşavir təyin edib

16.03.2026, 22:12
Xamenei SEPAH-ın sabiq komandanını özünə hərbi müşavir təyin edib

İranın ali rəhbəri Müctəba Xamenei general-leytenant Möhsün Rzayini özünə hərbi müşavir təyin edib.

"Report" xəbər verir ki, bu barədə "Mehr" informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, 71 yaşlı Rzayi əvvəllər İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) rəhbərlik edib. O, daha sonra ölkənin siyasi sistemində bir sıra yüksək vəzifələr tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol