Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,09 ABŞ dolları və ya 0,08% artaraq 109,19 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 109,1 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Şərhlər
110 dolara Azərbaycan neftinin satılmasından xalqa ( yaşamının az da olsa yaşılaşdırılmasına) hər hansı müsbət təsir niyə baş vermir? Bəs buartan gəlirləri xalq niyə hiss etmir?Bunu sormaq və bilmək hər bir vətəndaşın hüququdur!