Menu

İsrail ordusu Tehran, Şiraz və Təbrizi bombalayıb

17.03.2026, 13:23

İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı İranın Tehran, Şiraz və Təbrizdə yerləşən hərbi obyektlərə növbəti hava zərbəsi dalğasını tamamlayıb.

Bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumatda iddia edilir ki, İslam Respublikasının paytaxtında təhlükəsizlik qüvvələrinin qərargahlarına, o cümlədən Kəşfiyyat Nazirliyinə və “Bəsic”in qərargahına zərbələr endirilib.

Şirazda daxili təhlükəsizlik komandanlığı qərargahı və ballistik raketlərin saxlanıldığı obyektləri, Təbrizdə HHM sistemlərinin vurukduğu iddia olunur.

İran tərəfi isə İsrailin mülki obyektləri vurduğunu bəyan edib.

"Azpolitika.info"

.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol