Menu

Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 6%-ə yaxın artıb

17.03.2026, 14:23
Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 6%-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 439 milyon 81.16 min ABŞ dollarına bərabər olub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən iki ayda yeyinti məhsulları üzrə idxalın dəyəri əvvəlki illə müqayisədə 5,7% çoxdur.

Ötən iki ayda qida məhsullarının ümumi ölkə idxalında çəkisi 16,89% təşkil edib.

Hesabat dövründə ölkəyə 17 milyon 892 ABŞ dolları dəyərində 7 471 ton ət idxal edilib ki, bu da əvvəlki illə müqayisədə dəyər baxımından 13,7%, həcm baxımından isə 0,12% artıb.

Yanvar-fevral aylarında ölkəyə 7 milyon 509 ABŞ dolları dəyərində (60% çox) 4 472 ton (36% çox) süd idxal olunub.

Şərhlər

Mühəndis 2026-03-17 18:37:45

Maşallah İqtisadiyat Nazirliyinəvəonun başqanı Miayıl Cabbarova! Onların məqsədə "yönlü və inkişafa yönəlmiş" fəaliyyətsizlikləri nəticəsində Azərbaycanın idxaldan asılılığı gün-bə-gün artır.Niyə hakimiyyt bu tənəzzüllərə diqqət etmir? axı Azərbaycan hətta pamblğ xammalkimi xaricə satır.Ölkənin bir-neçə iri tekstil müəssisləri yaratmaq imanı yoxdur?Bunun kimi digər sahələr niyə diqqətdən kənar saxlanılıb?

Mühəndis 2026-03-17 18:30:46

Molodes İqtisadiyyat Nazirliinə və nazir Mikayıl Cabbarova! Görəsən Mikayıl cənabları iqtisadiyyatın nə olduğunu anlaya bilir?.Ölkəmizin gün-bə-gün idxaldan asılılığı artır. NMiyə bu hala Hakimiyyət dözür?Beləliklə ölkəmiz hara sürüklənir?

Təqaüdçü 2026-03-17 14:38:01

Bahalaşdırma belə yazılardan başlayır.Niyə.nə oldu? Bu antixalq hakimiyyətin gözü doymadı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol