Menu

Azərbaycanın neft ixrac etdiyi TOP 10 ölkə

17.03.2026, 18:25
Azərbaycanın neft ixrac etdiyi TOP 10 ölkə

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 10-dan artıq ölkəyə 3 milyon 600 min 307,4 tonhəcmində neft ixrac olunub.

Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi ilk 3 ölkəyə İtaliya, Rumıniya, Portuqaliya daxildir.

2026-ci ilin iki ayında Azərbaycan İtaliyaya 1 milyard 142 milyon 38 min ABŞ dolları dəyərində 2 milyon 427 min 850 ton, Rumıniyaya 140 milyon 707 min ABŞ dolları dəyərində 286 min 281 ton, Portuqaliyaya 112 milyon 358 ABŞ dolları dəyərində 223 min 549 ton xam neft ixrac edib.

Aşağıdakı cədvəldə Azərbaycanın yanvar-fevral aylarında neft ixrac etdiyi TOP 10 ölkənin siyahısı göstərilib:

№ÖlkələrMiqdar (ton)2025-ci ilin yanvar-fevral ayları ilə nisbətənStatistik dəyər (min ABŞ dolları)2025-ci ilin yanvar-fevral ayları ilə nisbətən
1İtaliya2 427 849,63+0,5 %1 142 037,8-16,4 %
2Rumıniya286 280,92-0,01 %140 706,79-14,2 %
3Portuqaliya223 549,41+3,5 %112 357,89+3 %
4Çexiya169 841,63-58,6 %83 922,49-62,5 %
5Almaniya154 729,96-69,1 %65 258,73-76,4 %
6Xorvatiya86 166,17-74,5 %40 819,95-78,3 %
7Bolqarıstan78 494,85-*37 415,05-*
8Tunis61 269,98-*29 498,76-*
9Türkiyə47 080,05+3,2 dəfə22 103,54+3 dəfə
10İndoneziya38 554,41-*17 866,2-*
Digərləri26 490,38x12 421,23x
Cəmi3 600 307,38-24,651 704 408,42-36,2

-* Ötən ilin eyni dövründə tədarük olmayıb.

Şərhlər

Xalqın sərvətindən 2026-03-19 05:18:52

Xalqa bundan heç 1 manat belə düşmür ...

JJ 2026-03-18 00:26:26

Ə nooollsuun?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol