Menu

"İranı hədəf alan hücumların məqsədinin təhlükəsizlik olmadığını bilirik" - Ərdoğan

18.03.2026, 00:06
"İranı hədəf alan hücumların məqsədinin təhlükəsizlik olmadığını bilirik" -  Ərdoğan

İsrail əsassız formada müsəlmanların ilk qibləsi olan Məscidül-Əqsada 17 gündür ibadətə icazə vermir.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalist və yazıçılarla iftar süfrəsində deyib.

"Əvvəlcə Qəzzanı, ardınca Yəmən və Livanı, son olaraq da İranı hədəf alan hücumların məqsədinin sadəcə təhlükəsizlik olmadığını bilirik",- o bildirib və əlavə edib ki, müharibə ilə eyni vaxtda qəribə xəbərlər gündəmə gətirilir:

"Bizə diktə edilən gündəmdən xilas olub bütün həqiqətlərin əks-səda doğuracaq şəkildə dünyaya çatdırılması önəmlidir", - deyə, o, bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol