Menu

ABŞ İranın raket qurğularını vurub - 2 tonluq bombalarla

18.03.2026, 11:22
ABŞ İranın raket qurğularını vurub - 2 tonluq bombalarla

ABŞ müttəfiqlərdən dəstək ala bilmədiyi üçün Hörmüz boğazı yaxınlığında İranın sahilboyu yerləşən gücləndirilmiş raket qurğularını sığınacaq deşən bombalarla vurub.

ABŞ mediası xəbər verir ki, əməliyyat zamanı İranın sahildə yerləşən gəmiəleyhinə raket obyektləri hədəf alınıb.

Məlumata görə, ABŞ əvvəlcə əməliyyat üçün müttəfiqlərindən dəstək axtarıb. Lakin Böyük Britaniya, Fransa, Almaniya və Yaponiya koalisiyaya qoşulmadığı üçün Vaşinqton əməliyyatı təkbaşına həyata keçirib.

Pentaqon əməliyyatın bir neçə saat əvvəl baş tutduğunu və bütün hədəflərin dəqiqliklə məhv edildiyini açıqlayıb.

Bildirilib ki, hücum zamanı təxminən 2,2 tonluq sığınacaq deşən bombalardan istifadə olunub.

Pentaqon İranın sahilboyu yerləşən bu raket sistemlərinin beynəlxalq dəniz ticarəti üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol