ABŞ-İsrail və İran arasında davam edən müharibə 19-cu günündə bütün şiddəti ilə davam edərkən, diqqət çəkən yeni iddia gündəmə gəlib.
Xarici KİV-lərdə yayılan məlumatd İranın Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Əli Laricaninin ardından İranın Kəşfiyyat naziri İsmayıl Xətibin də Tehranda gecə saatlarında həyata keçirilən hava hücumu nəticəsində öldürüldüyü iddia olunur.
İ. Xətibin hava zərbələrinin hədəfi olduğu və hücumdan sonra həyatını itirdiyinin irəli sürüldüyü qeyd edilib. Lakin İran rəsmiləri tərəfindən bu iddia hələlik nə təsdiq, nə də təkzib olunub.
Qeyd edək ki, İsmayıl Xətib İranın hazırkı Kəşfiyyat naziri kimi fəaliyyət göstərir və ölkənin təhlükəsizlik strukturlarında mühüm fiqurlardan biri hesab olunur. Din xadimi kimi də tanınan Xətib uzun illər İranın kəşfiyyat sistemində müxtəlif vəzifələrdə çalışıb, xüsusilə daxili təhlükəsizlik, əks-kəşfiyyat və rejim əleyhinə fəaliyyətlərin izlənməsi sahəsində aktiv rol oynayıb.
"AzPolitika.info"


Şərhlər