Menu

Səudiyyə Ərəbistanının 20 tonluq xurma payı Sosial Xidmətlər Agentliyinə təhvil verilib

18.03.2026, 15:38
Səudiyyə Ərəbistanının 20 tonluq xurma payı Sosial Xidmətlər Agentliyinə təhvil verilib

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində olub.

Görüş Səudiyyə Ərəbistanı tərəfindən Ramazan bayramı münasibətilə ölkəmizə göndərilən, həssas əhali qruplarına aid şəxslərə bayram sovqatı kimi nəzərdə tutulan 20 tonluq xurma payının təhvil verilməsi məqsədi daşıyıb.

Göndərilən sovqat Bakı şəhərində həssas əhali qruplarından olan 7 min şəxsə paylanıb.

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Agentliyin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən xidmətlər və sosial müdafiə tədbirləri barədə məlumat verib.

Səfir qeyd edib ki, xurma payının bir hissəsi isə Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunub.

Onun sözlərinə görə, əsas məqsəd xurma payını xüsusilə ehtiyacı olan insanlara çatdırmaqdır: “Bu təşəbbüs Səudiyyə Ərəbistanı tərəfindən digər müsəlman ölkələrində də həyata keçirilir və Krallığın qardaş ölkələrə ünvanladığı həmrəylik mesajı kimi qiymətləndirilir”.

Şərhlər

Akif xəlilzadə 2026-03-20 01:15:58

Göndərilməsinə inandım, bəs çatıbmı? İnanmaq olmur.

Bayram 2026-03-20 00:31:11

Məlumat harada verikibki əhaliyə? Mənə xurma çatmayıb kiməsə çatıb ???

Sərxan 2026-03-20 00:20:51

Tekcə Bakı şəhərinə deyil bütün ölkəyə və şəhid qazi aylələrinə verilməli di

Aqşin 2026-03-19 17:45:25

Görəsən həqiqətən də ünvanına çatıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol