Menu

MKİ direktoru Trampı təkzib etdi - İran uranı zənginləşdirmirdi...

18.03.2026, 20:29
MKİ direktoru Trampı təkzib etdi  - İran uranı zənginləşdirmirdi...

Ötən ilin iyunundan bəri İran uranın zənginləşdirilməsi qabiliyyətini bərpa etməyib.

Bunu ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard bu gün Senatda İran müharibəsi ilə bağlı dinləmələrdə deyib.

Onun sözlərinə görə, ötən ilin iyun ayında – İsraillə 12 günlük müharibədə İranın nüvə zənginləşdirmə təsisatları məhv edilib və o zamandan bəri ABŞ Tehran tərəfindən bu istiqamətdə yeni addımlar atıldığını müşahidə etməyib.

Qeyd edək ki, ABŞ prezidenti D.Tramp İrana hücum edilməsəydi Tehranın yaxın vaxtlarda nüvə silahı əldə edəcəyini iddia edirdi.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol